pixellabs
  • İşlərimiz
  • Bloq
  • Haqqımızda
  • Qiymətlər
  • Əlaqə
Başla
  • Xidmətlər
  • İşlərimiz
  • Haqqımızda
  • Qiymətlər
  • Alətlər
  • Bloq
  • Əlaqə
Başla
pixellabs

Bakıda yerləşən veb və rəqəmsal marketinq studiyası. Saytı, veb-tətbiqi və reklamı bir sistem kimi qurub nəticəni ölçürük.

WhatsApp-da yazınInstagram

Xidmətlər

  • Xidmətlər
  • İşlərimiz
  • Qiymətlər
  • Əlaqə

Resurslar

  • Alətlər
  • Bloq
  • Haqqımızda

Əlaqə

  • E-poçt: [email protected]
  • Telefon: +994 77 532 99 33
  • Ünvan: 8-24 Hacı Zeynalabdin Tağıyev küç., Bakı 1005

© 2026 PixelLabs. Bütün hüquqlar qorunur.

Məxfilik siyasəti
  • Azərbaycanca
  • Русский
  • English
WhatsApp-da yazın
Xidmət kateqoriyası

Performans reklamları

Reklam kanallarını ayrı-ayrı yox, vahid strategiya ilə idarə edirik — hədəf, büdcə bölgüsü, izləmə və hesabat bir yerdə. Büdcə sizin öz reklam hesabınızdan xərclənir, biz yalnız idarəetmə haqqı alırıq.

Söhbətə başlayaqBütün xidmətlərə qayıt
Niyə biz?

Performans reklamları

  • İdarəetmə haqqı büdcədən ayrı fakturalanır — reklam xərcinə əlavə komissiya yoxdur

  • Reklam hesabları sizin adınıza açılır, izləmə xərcdən əvvəl yoxlanılır

  • Hər kanalın nəticəsi aylıq hesabatda aydın görünür

Bu kateqoriyadakı xidmətlər

Performans reklamları

Reklam büdcəniz ölçülən nəticəyə işləsin — hansı kanalın nə gətirdiyi aydın olsun; idarəetmə haqqı büdcədən ayrıca fakturalanır.

  • Tam performans idarəetməsi (bütün kanallar)

    Bütün reklam kanallarını tək komanda idarə etsin — büdcə bölgüsü, izləmə və vahid hesabat bir paketdə.

    Ətraflı bax
  • Google Ads idarəetməsi

    Sizi artıq axtaran müştərini tutun — hazır tələb, ən qısa satış yolu, hər müraciətin mənbəyi aydın.

    Ətraflı bax
  • Facebook və Messenger reklamı (Meta)

    Facebook və Messenger-də satışa işləyən kampaniyalar qurun — hesab sizin adınıza, izləmə xərcdən əvvəl yoxlanmış.

    Ətraflı bax
  • Instagram reklamlarının idarə edilməsi

    Instagram-da hədəf auditoriyanız sizi görsün və yazsın — Feed, Stories və Reels üçün ayrıca hazırlanmış kreativlərlə.

    Ətraflı bax
  • TikTok reklamı

    TikTok-da sizi hələ tanımayan auditoriyaya kreativ ilə çatın — kəşf kanalı, geniş əhatə, sürətli test dövrü.

    Ətraflı bax
  • LinkedIn reklamları

    B2B müştərilərinizə birbaşa çatın — vəzifəyə, sektora və şirkət ölçüsünə görə dəqiq hədəfləmə.

    Ətraflı bax
  • Yandex reklamları

    Rusdilli auditoriyaya Yandex-lə çatın — axtarış və şəbəkə kampaniyaları, əvvəldən düzgün izləmə ilə.

    Ətraflı bax
  • Digər reklam kanalları

    X, Amazon və proqramatik şəbəkələr — auditoriyanız oradadırsa, kanalı qurur və eyni hesabatda ölçürük.

    Ətraflı bax
Suallar

Tez-tez verilən suallar

  • 01Reklama başlamaq üçün sizə bizdən nə lazımdır?

    Nə satdığınızı, kimə satdığınızı və müraciətlərin indi hansı yolla gəldiyini bilməyimiz kifayətdir — qalanını birlikdə tamamlayırıq. Texniki tərəfdə mövcud reklam hesablarınıza, sayta və analitikaya giriş açmağınız lazımdır; hesab yoxdursa, sizin adınıza açırıq. Kreativ və elan mətnlərini biz hazırlayırıq, sizdən yalnız məhsul haqqında dəqiq məlumat və təsdiq gözlənilir.

  • 02Hazırda reklamlarımız işləyir — hər şeyi sıfırdan qurmalıyıq?

    Xeyr. Əvvəlcə mövcud hesabları, kampaniya strukturunu və izləmənin həqiqətən düzgün işlədiyini yoxlayırıq; nəticə gətirən heç nəyi dayandırmırıq. Hesabın toplanmış tarixçəsi dəyərli aktivdir — onu saxlayıb üzərində qururuq, yalnız nəticəyə mane olan və ya ümumiyyətlə ölçülməyən hissələri yenidən qururuq.

  • 03Büdcəni kim müəyyən edir və nə qədər olmalıdır?

    Büdcəni siz təyin edirsiniz — biz isə sahənizə, rəqabətə və hədəfinizə baxıb büdcənin kanallar arasında necə bölünməsini təklif edirik. Hər biznesə eyni cür yarayan vahid rəqəm yoxdur; qərar verməyə imkan verəcək qədər data toplayan səviyyədən başlamaq daha doğrudur. Xərc sizin öz reklam hesabınızdan gedir, idarəetmə haqqı isə ondan ayrıca fakturalanır.

  • 04Əməkdaşlığı dayandırsaq, hesablar və toplanan data kimdə qalır?

    Hamısı sizdə qalır: reklam hesabları, piksel və konversiya izləməsi, GA4 və domen sizin adınızadır — sadəcə bizim girişimiz silinir. Kampaniya tarixçəsi və auditoriya siyahıları da hesabda qalır, yəni sizinlə işləyəcək növbəti komanda sıfırdan başlamır. İş bitəndə hansı hesabların və girişlərin sizdə olduğunu yazılı şəkildə təhvil veririk.

  • 05Nəticə gözlədiyimiz kimi olmasa, nə baş verir?

    Nəticəyə zəmanət vermirik — başlamazdan əvvəl hansı göstəriciyə baxacağımızı birgə razılaşdırırıq: məsələn, müraciət sayı və bir müraciətin dəyəri. Kanal və ya kampaniya həmin göstəricini vermirsə, büdcəni daha yaxşı işləyən istiqamətə yönləndirir, lazım gələndə isə dayandırırıq. Səbəb həmişə reklamın özündə olmur — bəzən sayt, bəzən də müraciətə cavab sürəti həlledici olur; nə görürüksə, hesabatda açıq yazırıq.

Böyüməyə hazırsınız?

Reklam büdcəniz hara xərclənir, görün — pulsuz görüşə yazılın.

Söhbətə başlayaqBütün xidmətlər