Nümunə tərtibat — real müştəri layihəsi deyil
Scroll ilə açılan layihə hekayələri

BƏƏ-də memarlıq və interyer studiyası. Portfolio saytının klassik problemi — hər şeyi eyni anda göstərmək istəyi. Burada əksinə: ilk ekran demək olar ki, boşdur, yalnız bir cümlə və bir kadr var. Məzmun scroll etdikcə açılır.
Sol tərəf mətn, sağ tərəf kadr, aralarında geniş hava. Memarlıq işində boşluq bəzək deyil — dilin özüdür.
'We design architecture that tells stories' — studiyanın nə satdığı ilk ekranda aydındır, xidmət siyahısı sonra gəlir.
Yalnız 'Contact us' və menyu düyməsi. Portfolioda əsas hərəkət scroll-dur, menyu ona mane olmur.
Böyük hərfli qroteks başlıqlar + kiçik mavi etiketlər. Şəkillər tam kəsimdə deyil — kənar boşluq saxlanılıb ki, kadr səhifədə 'nəfəs alsın'.